Onun üzərində işgəncə əlamətləri olub
Meksikada narkobiznesdən yazan araşdırmaçı jurnalistn meyidi tapılıb. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mark Antonionun meyidi Sanora ştatındakı bir kənddə zibil kisəsinin içində tapılıb. Onun üzərində işgəncə əlamətləri olub. Meyidin yanında təhlükəli ismarıclar yazılıb, qoyulub.
Polisdən verilən məlumata görə, jurnalisti silahlı dəstə oğurlayaraq, öldürüb.
Ötən həftə isə Monterey şəhərində kisələrin içinə qoyulmuş 37 meyid tapılıb. Bir neçə gün öncə isə narkobiznes qruplarının münaqişəsi 18 nəfər ölməsi ilə nəticələnib. 9 nəfər isə körpüdən asılı vəziyyətdə tapılıb.
Xatirə
DİGƏR XƏBƏRLƏR