300 min avroluq məşəl oğurlandı
Yunanıstanın Mora adasındakı Olimpiya qəsəbəsindəki muzeydə saxlanılan olimpiada məşəli oğurlanıb.
Simsar.az-ın məlumatına görə, yunan mediası Helsinki Olimpiya oyunlarında yandırılan 22 məşəldən birinin – 300 min avroluq məşəlin oğurlanması haqda Yunanıstan Olimpiada Komitəsinə xəbər verildiyini bildirib.
Olimpiya Bələdiyyə Sarayında nümayiş olunan məşəl bir müddət əvvəl Olimpiya muzeyindəki soyğun zamanı oğurlanıb.
İkinci Dünya Müharibəsindən sonra Helsinkidə 1952-ci ildə keçirilən Olimpiada oyunları zamanı 22 məşəl hazırlanıb. Oyunlardan sonra bu məşəllərdən ikisi tarixi Olimpiya muzeyinə verilib.
2011-ci ildə Parisdə keçirilən auksion zamanı məşəllərdən biri 300 min avroya satılıb.
DİGƏR XƏBƏRLƏR