Görüşdə ölkələrarası hərbi əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.
Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olub. Söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc iştirak edib.
DİGƏR XƏBƏRLƏR