/
Rubrikamızın bu dəfəki sualı tanınmışlar üçün gözlənilməz oldu. Bəziləri düzgün, bəziləri şübhə ilə cavab verdilər. Sualımızın cavabını bilməyənlər də oldu. Ən maraqlısı isə əməkdar artist Cavan Zeynallının yumorla veridyi cavab oldu. Onlara ünvanladığımız sual belədir: “Flora və fauna nədir?”
Bu haqda bir az məlumat verək: Flora təbiətdə olan bitkilər aləmindən bəhs edir. Ancaq bura ev gülləri və şüşəbənddə yetişdirilən bitkilər aid deyil. Bu termin qədim Rimin gül İlahəsi Floranın adından götürülüb.
Fauna heyvanlar aləmindən bəhs edir. Adı meşə, sahə və heyvan sürüsünün himayədarı, ilahə Faunanın adından götürülüb. Ev heyvanları və zooparkda olan heyvanlar faunanın tərkibinə aid deyillər.
Xalq artisti Ofeliya Sənani: Flora bitkilər, fauna isə heyvanlar aləmi haqda zəngin məlumat verir.
Əməkdar artist Cavan Zeynallı: Flora ilə duetlər oxumuşam. Faunanın kim olduğunu bilmirəm.
Tele-rejissor Könül Nəzərli: Flora bitkilərdən, fauna isə heyvanlardan bəhs edir.
Gənc yazar Aqşin Yenisey: Mən coğrafiya üzrə magistr dərəcəsi almışam. Məncə qalanı aydındır.
Aktrisa Nahidə Orucova: Flora bitkiləri öyrənir, fauna isə heyvanları.
Əməkdar artist Tünzalə Əliyeva: Flora bitkilərdən bəhs edir. Fauna isə heyvanlardan.
Jurnalist Kənan Hacı: Təbiət və heyvanat aləmini bildirən terminlərdir.
Tarzən Humay Qədimova: Açıq desəm, bilmirəm.
Müğənni-bəstəkar Muxtar Abseynov: Desəm ki, bilirəm, yalan olar.
Gənc müğənni Şölə Səfərəliyeva: Flora bitkilərdən, fauna heyvanlardan bəhs edən terminlərdir.
DİGƏR XƏBƏRLƏR