Gələn həftə serial yayıma başlayır
Növbəti həftədən Xəzər TV yeni serialın nümayişinə başlayacaq. “Xəyanət” adlanan serial türk ssenaristlərinin ssenarisi əsasında ekranlaşdırılıb. Serialın rejissoru məşhur “Sırlar dünyası” serialının rejissoru Naci Çelikdir. Direktor Mahir İbrahimov və Vüqar Camalzadə, ssenarini azəricəyə çevirən Ramil Ələkbərovdur. Bu haqda simsar.az saytına eksklüziv olaraq serialda baş rolda oynayan model-aktrisa Aysel Bayramova məlumat verib. Nüşabə rolunu canlandıran model-aktrisa qısa olaraq ssenari haqda məlumat verib. Kasıb ailənin qəfil varlanmasından, həyat yoldaşı ölkə xaricində olarkən qadının ona başqası ilə xəyanət etməsindən, sonra özünün də xəyanətlə qarşılaşıb havalanaraq, səfil vəziyyətə düşüb, sonda dəlixanada özünü asmasından bəhs edən serial faciə janrındadır. Serialda digər baş rollarda Ruslan Sabirli, Səmimi Fərhadov və başqaları oynayıblar.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR