Osmanlı dövlətinin 10-cu sultanı, 89-cu İslam Xəlifəsi Sultan Süleyman Qanuninin bu gün ölüm günüdür.
Osmanlı ədəbiyyatında Muhibbi, Qərb ölkələrində isə Möhtəşəm Süleyman adı ilə də tanınan Qanuninin 46 illik hakimiyyəti ərzində 14 893 000 km²-ə çatıb.
Sultan Süleyman Qanuni bəzi mənbələrə görə 1494-cü il noyabrın 6-da, başqalarına görə isə 27 aprel 1495-ci ildə anadan olub. 1520-ci il sentyabrın 30-da atası Sultan I Səlim vəfat etdikdən sonra, 26 yaşında Osmanlı taxtına çıxıb. 1521-ci ildə Belqradı fəth etməklə Mərkəzi Avropanın, 1522-ci ildə Rodosu fəth etməklə isə Aralıq dənizi hövzəsindəki ərazilərin qapılarını Osmanlı İmperiyası üçün açıb. 1526-cı ildə böyük qüvvə ilə Mohaç düzənliyində macar ordusunu məğlub edərək Macarıstanın paytaxtı Budanı tutub. 1529-cı ildə Vyananı mühasirəyə alsa da, qış mövsümünün yaxınlaşması səbəbindən geri çəkilib. 1532-ci ildə alman səfərinə çıxan Qanuni, Vyananı arxada qoyaraq Qrats, Marburq, Quns və daha bir çox alman şəhərlərini zəbt edib. Yeddi ay Avropada gəzdiyi halda, Avstriya qüvvələri onun qarşısına çıxmağa cəsarət etmədiyi üçün geri qayıdıb.
1534-ci ildə Səfəvilər üzərinə səfərə çıxan sultan, Bağdad və Bəsrəni, 1535-ci ildə Təbrizi zəbt edib. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəliləyib.
Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərib. Bu böyük dəniz komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti qurub. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.
1543-cü ildə Esterqon, Nis və İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan zəbt edildi. Qoca və xəstə bir halda ikən, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Sigetvar qalasının zəbti əsnasında 72 yaşında vəfat edib. Bəzi məlumatlar görə, onun daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində dəfn edilib.
Başqa bir məlumatlara görə isə, Avstriyanın İstanbul Anlaşmasını pozması, vergisini ödəməməsi və Ərdələ basqın etməsinə görə Qanuni sonuncu 13-cü səfərini Zigetvara etdi. Təxminən 1 aylıq mühasirədən sonra Zigetvar Osmanlıya daxil edildi. Hədəf Viyana olsa da Sokullu Məhməd Paşa ordunun yetərli olmadığını düşünərək İstanbula geri döndü. Zigetvarın fəthindən bir gün əvvəl, 6 Sentyabr 1566 –cı ildə Süleyman vəfat etdi.
Bəzi mənbələr Qanuninin qətlə yetirildiyini, bəziləri isə qocalıb öldüyünü qeyd edirlər.
Qanuninin döyüş əsnasında öldüyü əsgərlərə deyilmədi. Bu əsgərlərin ovqatının pozulmaması üçün edilmişdi. Süleymandan sonra taxta II Səlim çıxdı.
DİGƏR XƏBƏRLƏR