.
İki dərman şirkəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. “Rottapharm SPA” və “Rottapharm LTD” şirkətləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Həmin şirkətlər əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi tələbi barədə iddia qaldırıb. Məhkəmədə üçüncü tərəf qismində başqa dərman firması – “Rotapharm Limited” şirkəti iştirak edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.
DİGƏR XƏBƏRLƏR