Türkiyənin tanınmış aktyoru Bülent Kayabaş vəfat edib. Türkiyə KİV - i xəbər verir ki, bir müddətdir ağciyərində yaranan xəstəlikdən müalicə olunan aktyor 72 yaşında xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, B.Kayabaş 1945-ci ildə Eskişehirdə anadan olub. 1961-ci ildə Eskişehir Belediye Teatrında professional teatr aktyoru kimi fəaliyyətə başlayıb. Birçox tamaşalarda, filmlərdə və seriallarda rol alıb.
DİGƏR XƏBƏRLƏR