.
Bu dəfə də tanınmışlara yeni sualla müraciət etdik. Sualımız heç də birmənalı qarşılanmadı,cavablar müxtəlif oldu. Budəfəki sualımız: Azərbaycanda birbaşa xəzərə tökülən çay hansıdır?
Doğru cavab:Azərbaycanda birbaşa Xəzərə tökülən çay Viləşçaydır.
Yardımlı və Masallı rayonlarından axıb Qızılağac körfəzində Xəzərə tökülülən Viləşçayın uzunluğu 115 km, hövzəsinin sahəsi 935 kvadrat km-dir. Çay başlanğıcını Talış silsiləsinin Quludaş zirvəsindən (2203 m) götürür. Yuxarı axımında Peştəsər, orta axımında isə Burovar silsiləsindən keçir və axırıncı 25 km məsafədə Lənkəran düzənliyindən axır. Başlıca qolları, sağdan Şərətük, soldan Mətəli çaylarıdır. Suyun çox hissəsini yağış, qismən yeraltı və qar suları təşkil edir. Buna görə də, yaz və payız fəslində güclü yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Daşqın oktyabr ayından başlayıb maya kimi davam edir.
Viləşçayın hövzəsində dəri, yel xəstəliklərinin müalicəsi üçün yararlı bulaqlar var. Çayın suyundan suvarma işlərində istifadə edilir.
Əməkdar atist Abbas Bağırov: Kür-Araz birləşir və Xəzərə tökülür.
Əməkdar artist Gövhər Həsənzadə: Kür.
Müğənni Nazənin: Viləşçay.
Jurnalist Ülviyyə Alovlu: Birbaşa Kür çayı tökülür.
Tele-aparıcı Gülnarə Məmmədova: Yuxuluyam, bilmirəm.
Aktyor Qurban Məsimov: Viləşçay.
Müğənni İzzət Bağırov: Bilmirəm.
Xanəndə Təyyar Bayramov: Kür çayı.
Bəstəkar Xanım İsmayılqızı : Kür çayı.
Müğənni Səidə Sultan: Coğrafiyanı yaxşı bilmirəm. Səhv etmirəmsə, Viləşçay.
DİGƏR XƏBƏRLƏR