Tanınmış rejissor Samir Kərimoğlu üç aylıq rejissorluq kursu élan edir
Kinorejissor Samir Kərimoğlu üç aylıq kinorejissor kursu təşkil edir. Rejissorun bildirdiyinə görə, noyabrda başlanacaq məşğələlər həftədə 2 dəfə keçiriləcək. “İdeyadan filmin yaradılmasına qədər” adlı tədris proqramında fərqlənənlər gələcəkdə Samir Kərimoğlu ilə birlikdə film çəkilişləri zamanı rejissor assistenti kimi fəaliyyət göstərə biləcəklər.
Xatırladaq ki, Samir Kərimoğlu "Sırat körpüsü", "Qanadlarıma sığal çək", “Niyyət”, "Onun ürəyi", "Mən evə qayıdıram" filmlərinin müəllifidir.
Kurslar İnterAz telekanalının studiyasında keçiriləcək.
Əlaqə nömrələri: 050 229 38 83
DİGƏR XƏBƏRLƏR