.
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə oktyabr ayı ərzində 400-dən çox müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16 minə yaxın müraciət edilib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müraciətlərə müvafiq cavablar verilib.
DİGƏR XƏBƏRLƏR