.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabr 2012-ci ildə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcək. Komitədən Simsar.az-a verilən məlumata görə, dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.
Ölkəmizdə ilk dəfə keçiriləcək Forumda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz¬şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl¬xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR