Bacadan pul kisəsi atan Keşiş Nikolas balacaların corablarına hədiyyə qoyur
Hamı onun yolunu gözləyir - böyük də, kiçik də. Xüsusilə uşaqlar «Şaxta baba şaxtacan, hardasan bu vaxtacan?» deyərək, Yeni ilin başlıca simvoluna çevrilən bu əfsanəvi qəhramanı gözləyir. Onlar ata-analarının aldıqları hədiyyələrin Şaxta baba tərəfindən gətirildiyinə inanırlar. Bəs, əslində kimdir bu ağ saqqalı, ağ saçlı sevimli qoca?
Onun ən populyar adı Santa Klausdur. Amma adları çoxdur. Demək olar ki, hər bir ölkədə onu fərqli şəkildə çağırırlar. Azərbaycanda rus dilindən (Ded Moroz) tərcümə olunmuş forması səslənir. Saxta babanın Sant Nikolas, Noel baba, Nikolas of Mariya, Father Kristmas və digər adları var.
Bu obrazın yaranma tarixi ilə bağlı müxtəlif əfsanə və rəvayətlər var. Şaxta babanın əsli əsasən xristian dünyasında axtarılır. Çünki, «Yeni il» bayramının bir çox ənənələri Miladdan qaynaqlanır.
Rəvayətə görə, Nikolas III əsrin axırlarında indiki Türkiyə ərazisində yerləşən Hizilya dövlətinin Patara şəhərində varlı tacir ailəsində anadan olub. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilib. Həmin şəhərdə kasıb bir kişinin 3 qızı var idı. Onlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş bundan xəbər tutub, bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərə və bacadan evə pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.
Keşiş Nikolas 343-cü ildə 65 yaşında vəfat edir..Öləndən sonra qəbri milyonların ümid yerinə çevrilir. 1087-ci ildə türklər Patara və Mura şəhərlərini tutduqdan sonra xristian tacirlər gizlicə keşiş Nikolasın qəbrini açıb, sümüklərini oğurlayaır və Bari adasına aparırlar.
Bəzi xristian ölkələrində Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyyahların, yola çıxanların himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər.
Fransada Şaxta baba Per Noel - yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur.
ABŞ-da Nikolas Santa Klausa çevrilir. Şimali Amerika ədəbiyyatında Santa Klaus öz ağ saqqalı, qırmızı kürkü ilə səkkiz maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.
Xatirə
DİGƏR XƏBƏRLƏR