.
Məşhur almaniyalı filosof Fridrix Nitşe sosial şəbəkələrdə populyarlıq qazanıb. Simsar.az-ın məlumatına görə, “Aforizmlərin atası” adlandırılan filosofun sözləri Twitter səhifələrində tez-tez yer alır. Hazırda populyarlaşan F.Nitşenin sosial şəbəkələrdə hesabı var. Nitşenin bu populyarlığının səbəbi isə onun hikmətli sözlərinin qısa olmasıdır. Çünki, Twitter-də 140 hərfdən artıq yazı paylaşmaq olmur. O, özünün də qeyd etdiyi kimi “Başqalarının kitablara yazaraq izah etdiyini ya da izah edə bilmədiyini 10 cümlədə izah etməyə çalışan” bir insan olduğu üçün digər filosoflardan fərqlənib.
Sosial şəbəkələrdə F.Nitşenin ən çox paylaşılan hikmətli sözləri isə bunlardır: “Musiqi olmadan həyat bir səhv olardı”, “Əxlaqi faktlar yoxdur, faktların əxlaqi şərhləri var”, “İnsanın özü haqqında çox danışması özünü gizlətmək üçün bir vasitə ola bilər”.
Xatırladaq ki, məşhur filosof Fridrix Nitşe 130 il əvvəl həyatını itirib.
DİGƏR XƏBƏRLƏR