Cinayətkarlar əməliyyat tədbirləri nəticəsində yaxalanıblar
Qurumun mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda bildirilir ki, 6 yanvar saat 18:00 radələrində Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. S. Musayev isə yardım alaraq evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə. Əliyev və M. Əliyev tutulub. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S. Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR