.
Bakı şəhər Prokurlrluğu və Baş Polis İdarəsi iki gün əvvəl Binə ticarət mərkəzində baş vermiş hadisələrlə bağlı birgə məlumat yayıb. Simsar.az-ın Baş Prokurorluğun internet saytınqa istinadən verdiyi məlumata görə, yanvarın 19-da Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərmiş və nəqliyyatın hərəkətini iflic ediblər:
"İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, bir neçə xidməti avtomobilə isə ziyan vurulub", - məlumatda deyilir.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR