.
Türkiyədə qətlə yetirilən azərbaycanlı qadının öldürülmə səbəbi məlum olub. Türkiyədə Çanaqqala Ezine bölgəsindəki Küçükmenderes çayında 20 gün əvvəl tapılan naməlum qadın cəsədinin azərbaycanlı Cəmilə Cəbiyevanın olduğu aşkarlanıb.
Məlumata görə, E.S. (24), O.D. (22), M.D. (18), və E.Y. (14) yüngül həyat tərzi yaşadığı iddia edilən azərbaycanlı Cəmilə Cəbiyeva ilə cinsi münasibətdə olmaq istəyiblər. Cinsi əlaqə qarşılığında pul ödəyən E.S. onda 50 tl (təqribi 25 manat) artıq alınmağına əsəbiləşib.
Yaranan mübahisə sırasında Cəbiyevanın başına odunla vuraraq qətlə yetirib. Daha sonra isə şübhəlilər cəsədi çaya atıblar. Cinayətlə ittiham olunan 4 gənc həbs edilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR