“Əhaliyə yodsuz duz satılır”
Azad İstehlakçılar Birliyi yodsuz duzun satışına dair monitorinq keçirib. Monitorinqin nəticələri bu gün keçirilən mətbuat konfransında açıqlanıb. Simsar.az-ın verdiyi məlumata görə, birliyin sədri Eyyub Hüseynov yodsuz və istifadəyə yararsız duzlar haqqında məlumat verib. Onun sözlərinə görə, yodsuz duzun satışı Azərbaycan qanunvericiliyi ilə qadağandır və AİB bazarda və istehsal müəssələrində bu prosesə ictimai nəzarəti müntəzəm həyata keçirir. Ancaq dövlət orqanlarının və ictimai təşkilatların nəzarətinə baxmayaraq hələ də bazarda satışı qadağan olunmuş, tərkibində cüzi miqdarda yod olsa da təmizlənməmiş duzlar var. “Bu duzlardan çörək istehsalı, süd məhsulları istehsalı müəssisələrində istifadə edilir. Bu duzların əksəriyyəti xaricdən gətirilib. Bəzilərinin üzərində “yodsuz duz” yazısı da var. Ancaq onlar necə ölkə bazarına çıxa bilir? Duzların qiymətləri 0,40-10 AZN arasında dəyişir. Əhalini fərqli qablaşdırmalarla və “yodlu duz” yazıları ilə aldadırlar. Azərbaycanda istehsal olunan duzlara nəzarətimiz güclüdür deyə, onlarda yodluluq dərəcəsi təxminən 90 faizdir. Ancaq bu da kifayət deyil. Çünki duzun keyfiyyətli olması üçün təmizlənməsi lazımdır. Naxçıvan duzu təmizlənməmiş duzdur”.
E. Hüseynov mətbuat işçiləri üçün eksprimentlər keçirdi. Nəticədə məlum oldu ki, yerli istehsal duzu standartlara cavab verir. Rusiyadan gətirilmiş baha qiymətə satılan duz isə yarasızdır.
Qeyd edək ki, orqanizmdə yod çatışmazlığı inanların əqli inkişafına, iş qabiliyyətinin, immunitetin zəifliyinə, ölü körpələrin doğulmasına, ana ölümlərinə, gözlə görülən zob xəstəliyinə səbəb olur. Bunun üçün yodlaşdırılmamış duzların siyahısını sizə təqdim edirik:
1. Sea Solt (Натуральная пищевая морская соль)
2. Kamis, морская соль
3. Sea Solt, Marbelle
4. морская соль, Мертвое море
5. соль, экстра “полосье”
6. соль экстра
7. Salefan paketlərdə qablaşdırlmış 1000 qr “Artyomsol” mal nişanı ilə satılan yodsuz duzlar.
8. “Artyomsol”un mal nişanı ilə kapron qablara qablaşdırılmış “соль экстра”
Sonuncu iki növ ukraynanın “Artyomsol” mal nişanı ilə qablaşdırlmış, yodsuz düzların topdan satış şəbəkəsi iki ay öncə Şəmkir rayonunda ifşa edilsə də, hələ də Gəncə bölgəsində istehsalı və satışı davam edir. Bildiririk ki, bu duzların satışı hətta ən nüfuzlu supermarmarketlərdə həyata keçirilir.
Günel Səfərova
DİGƏR XƏBƏRLƏR