Məşhur müğənnin 58 yaşı tamam olub
Bu gün əməkdar artist, sevilən müğənni Firuzə İbadovanın doğum günüdür.
Müğənni doğum günü sevincini Simsar.az-la paylaşdı. Ad gününü təmtəraqlı keçirməkdən heç xoşu gəlmədiyi bildirən Firuzə xanım bunları dedi:
“Mən uşaq vaxtından ad günümlərinin keçirilməsində təmtəraqdan məhrum olmuşam. Ona görə də, təmtəraqlı mərasimlərdən heç xoşum gəlmir. Ad günümü ailəmlə anamla, övladlarımla, yaxın dostlarımla keçirməyi düşünürəm. Bu yaş mənim üçün müdrik bir yaş olsa da, mən özümü çox gənc hiss edirəm. 58 yaşımın tamam olmasına baxmayaraq, qəlbim çox cavandır, 18 yaşında olduğum kimiyəm.
Mən 9 yaşından musiqiylə məşğul oluram, musiqi məni heç qocaltmayıb. Musiqi mənim sevgilim, məcnunumdur, onsuz bir anımı düşünə bilmərəm, artıq həyat tərzimə çevrilib”.
Sənətçi ad günündə xüsusi təbrik gözlədiyi insanın artıq həyatda olmadığını, onsuz həyatın çətin olduğunu söylədi. Sonda onunla bağlı olan xatirələrin onu yaşatdığını kədər hissi ilə bildirdi: “Bu yaşımdan daha çox uğurlar gözləyirəm, Azərbaycanın adını xaricdə yüksəltmək üçün bir çox səfərlər təşkil etmişəm. May ayında Türkiyyə, Kiprdə solo konsertim olacaq. Arzu edirəm ki, gələn yaşımı Qarabağda keçirim, Qarabağla bağlı ermənilərin xəbərlərin eşitdikdə çox pis oluram. Qarabağ bizimdir, heç bir xalq onu mənimsəyə bilməz, buna cənab prezidentimiz İlham Əliyevdə imkan verməz”.
Firuzə xanımın doğum günü münasibəti ilə yaxın dostu əməkdar artist Aybəniz Haşımova da təbrik edərək, ürək sözlərini Simsar.az-a bildirdi: “Mənim canım, dostum, yaxınım Firuzə xanıma uzun ömür can sağlığı arzulayıram. Həmişə övladlarının sevdiklərinin başında olsun. Ömürboyu xoşbəxtliyini yaşasın. İşlərində, gələcək fəaliyyətində çoxlu uğurlar”.
Bizdə Simsar kollektivi olaraq sevimli müğənni təbrik edir, həyatda hər şeyin onun ürəyincə olmasını arzulayırıq.
Turanə Zeynallı
DİGƏR XƏBƏRLƏR