.
Mandatından imtina etmiş keçmiş millət vəkili Gülər Əhmədovanın vəkili Eldar Qədimi mətbuata açıqlamasında bildirib ki, G.Əhmədovanın istintaq təcridxanasında vəziyyəti ağırlaşıb: “Onun əsas problemi nəfəs almaqla bağlıdır. Təngənəfəs olduğundan danışa bilmir. Depressiyaya düşüb. Boğazında zobu var. Quruma gedir beynində. Ürəyində sancılar var, əsəbləri gərgindir. Belə getsə, biz Gülər Əhmədovanı itirə bilərik”.
Maraqlıdır ki, sabiq deputat belə bir xəstəliyə düçar ola bilərmi? Umumiyyətlə, beyin quruması xəstəliyi mövcuddurmu?
Ailə Sağlamlıq Mərkəzinin nevropotoloqu (beyin, sinir həkimi) Yeganə Vəliyeva Simsar.az-a açıqlamasında bildirib ki, tibdə beyinin atrofiyası adlanan xəstəlik var: “Bu xəstəliyə bəzən beyin quruması da deyirlər. Xəstəliyin nədən əmələ gəlməsi məlum deyil. Ancaq insan stress keçirərsə, qan dövranı pozularsa, beyində qidalanma yaxşı getməzsə belə olan təqdirdə beyinin atrofiyası baş verə bilər.Beyində qanın laxtalanması bu xəsətliyə səbəb olur.
Gülər Əhmədovanın baş verən hadisələrdən dolayı beyin quruması keçirməsi ilə bağlı bir şey deyə bilmərəm. Ancaq həkimlər belə diqnoz qoyublarsa, onu deyə bilərəm ki, bu cür xəstəlik var”
DİGƏR XƏBƏRLƏR