Bədr döyüşü, Miladi 14 mart 624, Hicri tarixi ilə, 17 ramazan 2-ci ilə təsadüf edir. Bu savaş Məkkənin Qureyş müşrikləri ilə müsəlmanların ilk döyüşü olaraq tarixə düşüb
Müsəlmanlar baxımından döyüşün ən əhəmiyyətli səbəbi, Qureyşlilərin onlara işgəncə verib hicrətə məcbur etmələri idi. Bundan əlavə Məkkə camaatı, hicrətdən sonra müsəlmanların geridə buraxdıqları mallarını yağmalamışlardı. Bütün bu səbəblərə baxmayaraq, yenə də hücum edən müşriklər idi.
Məkkəlilər, topladıqları 950 nəfərlik qüvvə ilə Bədrə doğru yola çıxdılar. İki ordu qarşı-qarşıya gəldikdə, Ərəb döyüşlərində ənənə halını alan "ər diləmə" (mübarizə) hadisəsi üçün tərəflər içlərindən üç adam seçdilər. Bu vaxt, İslam ordusundan Həmzə, Ubeydə və Əli ilə, müşriklərdən Utbə, Ubeydə bin Haris və Utbə bin Rabia qarşı-qarşıya gəldi. Hər üç təkbətək vuruşu da müsəlmanlar qazandı.
“Ər diləmə” hadisəsindən sonra döyüş başladı. Toqquşmanın irəliləyən mərhələlərində Məkkəli Qureyşlilərin ordusu parçalanmağa başladı. Ordularının komandiri qismində olan “Əbu Cəhil” öldürülüncə də döyüşü davam etdirmək mümükünsüz hala gəldi.
Beləliklə, döyüş müsəlmanların zəfəri ilə nəticələndi. Məkkə müşrikləri “Əbu Cəhil” daxil olmaqla 70 ölü, 70 də əsir verib geriyə, Məkkəyə qaçdılar. Müsəlmanlar isə 14 şəhid verdilər.
Bədr döyüşü barədə Quranda bir neçə yerdə söz açılır. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:
"Özlərinə müharibə elan olunan müsəlmanlara, zülmə uğramaları səbəbiylə cihad üçün icazə verildi. Şübhə yox ki, Allah onlara kömək etməyə qadirdir." (Həcc, 13)
"And olsun, siz son dərəcə gücsüz ikən Allah sizə Bədrdə kömək etmişdi. O halda, Allaha qarşı gəlməkdən çəkinin ki, şükr etmiş olasınız." (Al-i İmran, 123)
"Allah diləyirdi ki, pislik istəyənlərin xoşuna gəlməsə də, haqqı açıq-aydın gözlər önünə qoysun, axmaq və əsassız olanı etibarsız etsin." (Ənfal, 8)
“Zülm və fitnə qalmayana və din tamamilə Allahın həqiqətləri olana qədər onlarla döyüşün. Əgər (küfrdən) əl çəksələr, şübhəsiz ki, Allah onların nə etdiklərini görəndir”. (Ənfal 39)
Aqşin
DİGƏR XƏBƏRLƏR