“10 manat rüşvət alan həbs edilir, büdcədən 20 min manat silənə cainayət işi açılmır”
Bəzi icra başçıları rayonda aparılan təmir-bərpa işlərini öz büdcələrindən deyil, ayrı-ayrı adamların pulu ilə görürlər: "Mən soruşmaq istəyirəm belə faktlar aşkar olunubmu araşdırmalar zamanı? İmişli icra başçısının qardaşı deyir ki, öz qardaşım mənə iş gördürüb amma indi pulumu vermir".
Bu fikirləri Milli Məclisinin növbəti plenar iclasında Hesablama Palatasının illik hesabatı haqqında müzakirə zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib.
Qüsrət Həsənquliyev həmçinin bildirib ki, burada Heydər Əsədovun pozuntular cinayət xarakterli deyil deməsi inandırıcı deyil:"Çünki biz bu sənədlərlə tanış olarkən gördük ki, kifayət qədər büdcədən pullar mənimsənilib. Bu faktların hər biri üzrə cinayət işi qaldırılmalıdır. Məsələn adi bir kollecdə yoxlama aparılır, məlum olur ki, 107 ştat yeri artırılıb və büdcədən 20 min manat pul silinib. Bu artıq cinayət işidir, 20 min manat kiçik bir məbləğ deyil. Amma bu işlə bağlı cinayət işi açılımayıb, halbuki 10 manat rüşvət alan adamı həbs edirlər".
Millət Vəkili onuda bildirib ki, cənab prezidentdə son çıxışında qeyd etdi ki, bəzi icra başçıları rayonda aparılan təmir-bərpa işlərini öz büdcələrindən deyil, ayrı-ayrı adamların pulu ilə görülər: "Mən soruşmaq istəyirəm belə faktlar aşkar olunubmu araşdırmalar zamanı? İmişli İcra Başçısının qardaşı deyir ki, öz qardaşım mənə iş gördürüb amma indi pulumu vermir. Başqa bir adam demir ki, deyək şər atır. Mətbuat bu haqda nə qədər danışır amma heç bir reaksiya yoxdur. Bu kimi hallar baş verdikdə digər qurumlar kimidə Hesaplama Palattasıda öz araşdırmalarınıda aparmalıdır. Bu halda biz korupsiyayla qarşı mübarizədən danışa bilərik".
Nihadə Eyyubova
DİGƏR XƏBƏRLƏR