.
Məşhur İtalyan rəssamı Rafael Santi Raffaello, İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibahı erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görüb, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlayıb. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirir.
Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapır. Leonardo da Vinçi və Mikelancelo kimi sənətkarların təsirində qalaraq sənətinə yeniliklər qatır. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandiniere", "Madonna of the Chair" və "Entombmeut" olur. Rafael, Romada Papa II. Julius üçün işləyib. Romaya gəldiyi zaman, Mikelancelo, Juliusun tikdirdiyi Sikst kilsəsinin bəzəyini çəkirdi. Rafael burada ilk olaraq Papanın kitabxanasını dekorasiya edir. Onun çəkdiyi teolojik, fəlsəfi, lirik hesabatlarında sükunət; rənglərdə ahəng; mövzularda aydınlıq və bir bütün ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlanmasıdı. 1513-1521 illər arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtüləri, Sikst kilsəsində istifadə edilib. 1514-ci ildə Papa Leo Xin əmri altında da Saint Peter Bazilikasının baş memarı olub. 37-ci ad günündə, 6 aprel 1520-ci ildə, Romada ölüb. Rafael, Avropada klassik rəssamlığın əsasını qoyub. Mikelancelodan fərqli olaraq, görünən hər şeyi bütün zənginliyi ilə tabloya köçürüb, tarixi və xristianlığa aid dini mövzulara sadiq qalıb.
Simsar.az
DİGƏR XƏBƏRLƏR