"Bundan sonra idmanı daha fəal təbliğ etməliyəm"
Müğənni Röya Milli Olimpiya səfiri seçilib. Simsar.az-ın məlumatına görə, öz "Facebook" səhifəsində bu xəbəri paylaşan müğənni Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib:
“İdmanı həmişə sevmişəm. Amma bundan sonra bu missiyamdan istifadə edərək idmanı daha fəal təbliğ etməliyəm. Bu işdə gücümü əsirgəməyəcəm. Çünki inanıram ki, uşaqların idmanla məşğul olaraq sağlam həyat seçməsində valideynlərin rolu olmalıdır”.
DİGƏR XƏBƏRLƏR