ю
Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyeva ilə prodüser Təranə Səmədovanın birgə çalışması barədə xəbərlər dolaşsa da tərəflər bu işbirliklərini rəsmi şəkildə təsdiqləmirdilər. Simsar.az-a açıqlama verən rəqqasə Fatimə bildirdi ki, artıq bu gün yeni prodüsseri ilə işbirliyilərini rəsmiləşdirəcək. “Təranə ilə bir neçə müddət idi ki, birgə çalışmaq fikrində idik. Bu yaxınlarda isə belə bir qərar aldıq ki, birgə işləyək. Təranə ilə illərdir rəfiqəlik edirəm. Bir çoxları onu qalmaqallı prodüser kimi adlandırsa da, mən bu fikirdə deyiləm. Çünki mən onu bu gün yox, illərdir tanıyıram. Güman edirəm ki, iş birliyimiz uzun müddətli və yaxşı olacaq”, - deyə rəqqasə bildirib.
Qeyd edək ki, rəqqasə Fatimənin yeni prodüseri Təranə Səmədova bir müddət bundan öncə müğənni Günay İbrahimli ilə çalışırdı. Hal-hazırda isə o Fatimə ilə yanaşı müğənni Fəqan Səfərov və Nəsimi Məmmədovla da işləyir.
DİGƏR XƏBƏRLƏR