.
Xudat-Nabran yolunda qəza baş verib. Simsar.az Regional TV-yə istinadən məlumat verir ki, gecə saatlarında Xudat-Nabran yolunun 1-ci km-də, magistralın Xaçmaz rayonunun 2-ci şöbə yaşayış massivi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
22 yaşlı Xudat şəhər sakini Elxan Qardaşovun idarə etdiyi "Mercedes" markalı avtomobil Nabran istiqamətində hərəkətdə olarkən idarətetməni itirək ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişinlər Xudat şəhər sakinləri 27 yaşlı Bahadır Aslanov və 27 yaşlı Tural Umalatov
müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Xudat şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Hazırda fakt araşdırılır.
DİGƏR XƏBƏRLƏR