Abdel Mequidi Hişam Berekatı əvəzləyib
Misir Ali Məhkəmə Şurası Hişam Berekatı ölkənin yeni baş prokuroru təyin edib. Misirin sabiq baş prokuroru Abdel Mequid dünən rəsmən istefa verib. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdel Mequid istefa verməsinin səbəbini ordunun dinc insanlara atəş açmasını göstərib.
Xatırladaq ki, Misir hərbçiləri bir müddət əvvəl Konstitusiyanın fəaliyyətini dayandırıb, prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar prezidenti seçkilərini vəd edib.
DİGƏR XƏBƏRLƏR