.
Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində yerləşən mebel sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Simsar.az-a verilən məlumata görə hadisə bu gün saat 11 radələrində baş verib. Təxminən 600 kvadratmetr olan mebel sexi içərisində olan əşyalarla birlikdə yanıb. Hadisə yerinə cəlb edilən 4 yanğınsöndürən avtomobilin köməyi ilə alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Göygöl rayonunun Üçtəpə qəsəbəsində də yanğın hadisəsi baş verib. Qəni Hümbətova məxsus bir mərtəbəli, sahəsi 40 kvadratmetr olan yaşayış evi yanaraq külə dönüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR