.
Simsar.az Ramazan ayı boyunca sizlərə hər günün duasını çatdıracaq və İslamın vacib əməlləri, fəzilətləri barədə söhbət açacaq. Suallarımızı qonağımız Hacı Şahin Həsənli cavablandıracaq
Bu gün orucluğun üçüncü günüdür. Bu münasibətlə Ramazan ayının 3-cü gününün duasını təqdim edirik:
“Allahummərzuqni fihiz-zihnə vətənbih. Və baidni fihi minəs–səfahəti vətənvih. Vəcəl li nəsibən min kulli xeyrin tunzilu fihi bicudikə ya əcvədəl-əcvədin”.
“İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayırır. Ey səxavətlilərin səxavətlisi”.
Sual: Valideyn haqqı nədir və islamda valideynin yeri?
Cavab: İslam valdiynə çox böyük hörmət qoyur. Məlum olduğu kimi Allah və Rəsulunun haqqından sonra valideynlər ən böyük haqqa sahibdirlər. Allah valideynlərə itaəti vacib buyurmuşdur. “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (əl-İsra 23). Loğman sürəsinin 14-cü ayətində isə buyurulur ki, “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” Bu itaət əsasən dünya bəzən də din işlərinə xasdır. Amma əgər valideyn açıq şəkildə Allaha asi olmağı buyurarsa, onda onlara itaət edilməz. Bu günah deyil. Çünki onların bunu əmr etməyə heç bir haqqı yoxdur. Bu səbəbdən də, onlara itaət etməmək haqlarının tapdalanması mənasına gəlməz. Quranda həmçinin buyurulur ki, “əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Qalan dünya işlərində onlarla gözəl keçin, onlara itaət et. Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra qiyamət günü Mənim hüzuruma qayıdacaqsınız. Mən də dünyada nə etdiklərinizi bir-bir sizə xəbər verəcəyəm!"
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR