1
Toy üzüyünü niyə dördüncü barmağımıza taxmalıyıq? Bunun gözəl və inandırıcı bir şərhi var. Bir inanca görə baş barmaq - ana-atanızı, işarə barmağı - qardaş-bacınızı, orta barmaq - sizi, dördüncü barmaq - həyat yoldaşınızı, kiçik barmaq - uşaqlarınızı təmsil edir.
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın. Orta barmaqları bükün və kürək-kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da açıb, uc-uca gətirin. İndi, ana-atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın. Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaş-bacınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaş-bacılarınız öz ailələrini qurub, ayrı bir həyat seçəcəklər. İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılıcaq, çünki uşaqlar da evlənir. Bir gün öz həyatlarını qururlar. Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşlarınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görəcəksiz. Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşamalıdır. Yaxşı gündə də və pis gündə də ayrılmayacaqlarına söz veriblər.
Turanə Zeynallı
DİGƏR XƏBƏRLƏR