Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib. Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır. O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb.
DİGƏR XƏBƏRLƏR