Türkiyə ABŞ-ın beşinci nəsil “F-35” qırıcılarının tədarükünü bu ilin noyabrında gözləyir. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib: “Biz “F-35”in tədarüklərini noyabrda gözləyirik, onlar üçün infrastrukturun hazırlanması üzrə işlər görülür. Türkiyənin pilotları və texniki heyəti ABŞ-da təlim keçməyə davam edirlər. Amerikanın yeni qırıcıları Malatyadakı aviabazada dislokasiya ediləcək”. Xatırladaq ki, ABŞ Türkiyəni Rusyadan S-400 zenit-raket sistemləri alacağı təqdirdə “F-35” qırcılarını verməməklə hədələyir.
DİGƏR XƏBƏRLƏR