.
2012-ci ilin göstəricilərinə görə, hər yeddi amerikalıdan biri yoxsuldur. Hökumətin hesabatında deyilir ki, 2011-ci illə müqayisədə ötən ilin göstəriciləri dəyişməyib. Yəni əhalinin 15 faizi yoxsulluq səviyyəsindən aşağı səviyyədə olub.
Amerikada yoxsulluq səviyyəsi ailələrin sayı və ailələrin gəlirləri ilə müəyyən edilir. Ən aşağı göstərici 23 min dollarlıq gəlir və 4 nəfərdən ibarət ailədir.
Əhalinin sıyahıya alınma bürosunun məlumatına görə, 2012-ci ildə ailələrin gəlirləri 51 min dollar təşkil edib ki, bu da əvəllki illə müqayisədə eyni olub.
Hesabatda deyilir ki, ABŞ-da doğulanlar və ABŞ vətəndaşlığını qəbul edənlərin gəlirləri qeyri-vətəndaş mühacirlərdən daha yüksək olub.
Tam ştatda işləyən qadınların orta hesabla gəliri 38 min təşkil edib. Bu göstərici kişilərin gəlirlərindən 77 faiz aşağıdır.
Səhiyyə sığortasına malik olmayanlar 48 milyon insan təşkil edib. Bu isə əhalinin 15.4 faizi deməkdir.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR