.
“Bakı Şəhər İcra Hakimiyyətinə Milli Şuradan mitinqlə bağlı müraciət daxil olmayıb. Müraciət bizə daxil olduqdan sonra sənədə baxıb Mili Şuraya lazımi cavab verəcəyik.”
Bunu Simsar.az-a açıqlamasında Bakı Şəhər İcra İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov söyləyib. Müraciət bizə daxil olmadan və müzakirəyə çıxarılmadan mitinqilə bağlı fikir söyləmək, hələ tezdir. Milli Şuranın növbəti mitinq keçirməsi mövcud qanunvericiliyə uyğun olarsa və qanun pozuntusunun yaranmasına səbəb olmayacaqsa, yəqin ki onların təklifi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsbət qarşılanar və Milli Şuranın xeyrinə cavab veriləcək. Qeyd edək ki, Müsavat başqanının müavini Gülağa Aslanlı bu gün mətbuata açıqlamasında sentyabrın 29-da keçiriləcək mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət təqdim etdiklərini bildirib.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR