.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin nəzarətində olan "Xalq cəbhəsi" qəzetinin dizayneri, Ülviyyə Şamilqızı bu gün işindən çıxarılıb. Simsar.az xəbər verir ki, sosial şəbəkələrdə onun işdənqovulma səbəbi kimi sentyabrın 27-də partiyanın keçirdiyi mitinqdə üzürlü səbəbdən iştirak etməməsi göstərilib.
Xatırladaq ki, Ü.Şamilqızının atası Qarabağ müharibəsində itkin düşüb, anası isə bu dərddən vəfat edib. Kimsəsiz, həyatda yalnız öz ayaqları üzərində dayanan gənc bir qıza sahib çıxmağı bacarmayan, onu gözü yaşlı qoyan şəxs isə hazırda prezidentlik iddiasındadır.
simsar.az
DİGƏR XƏBƏRLƏR