Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Tom Kruz və rejissor Daq Layman şəxsən Cek Nikolsona filmdə baş rol ifa etməsi üçün müraciət ediblər. Keçən həftə Kruzla Layman 76 yaşlı Nikolsonun Los-Anceledəki evinə gəlib ona “El Presidente” filmində baş rol ifa etməsini təklif ediblər. Kruz bildirib ki, Nikolson roldan imtina etsə oda bu fulmdə çəkilməyəcək. Nikolson bu barədə hələki heçnə demir lakin o ssenarini oxuyaçağını deyib. Bundan əvvəl Warner Bros. Nikolsona bu filmdə çəkilməyi təklif etmişdi. Daq Laymanın yeni filmi təqaüdə çıxmış, arvadbaz , içki düşkünü olan prezident haqqındadır (prezident rolu Nikolsona təklif edilir). Süjetə əsasən bəzi canilər onu öldürmək istəyirlər. Tom Kruzu keçmiş siyasətçini qoruyan agent rolunu ifa etməlidir.
Xatırladaq ki, Kruzla Nikolson bundan öncə “Bir neçə yaxşı oğlan” filmində birgə çəkiliblər. Film 4 “Oscar” mükafatına nominant olmuşdu. Nikolsonun ən son çəkildiyi film 2010-cu ildə çıxan “Necə bilmək olar...” filmi idi.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR