2014-cü ilin yanvar ayında Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin təlim-məşq toplanışı başlayır
AFFA-dan Simsar.az-a verilən məlumata görə, 19 yaşadək futbolçularımız Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək turnirin hazırlıqlarına dekabrın 24-də start verəcək. Hazırlıq ərəfəsində isə komandaya daha bir futbolçu cəlb edilib. Almaniyanın “FC Rot-Weiss Essen” klubunun üzvü Sinan Özkara milliyə dəvət alıb.
Qeyd edək ki, futbolçu əsas milli komandamızın üzvü Cihan Özkaranın qardaşıdır.
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR