Azərbaycanın əməkdar artisti, tanınmış xanəndə Məhəbbət Kazımov bu gün dəfn edilib.
Bu barədə mərhumun yaxınları Simsar.az-a məlumat veriblər. Bildiriblər ki, bu gün mərhum sənətçinin evində vida mərasimi keçirilib. Vida mərasiminə sənətçinin dostları qatılıblar.
M. Kazımov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Məhəbbət Kazımov yanvarın 27-də səhər saat 11.00 radələrində dünyasını dəyişib.
O, kəskin ürək ağrılarından və təzyiqdən əziyyət çəkirmiş.
DİGƏR XƏBƏRLƏR