Hollivudun məşhur aktyoru Leonardo Di Kaprio yeni “Ev” adlı trillerin prodüseri olacaq. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə söhbət ev kabuslarından gedəcək. Ssenariyə görə psixiatrik xəstəxanadan çıxan xəstə valideynlərindən ona miras qalmış evdə yerləşir. Lakin evdə qəribə hadisələr baş verməyə başlayır. Filmdə baş rol ifaçıları Tofer Qreys və Patrisia Klarkson olacaqlar. Di Kapriodan başqa filmin prodüserləri Cenifer Devison, Qrem Kinq, və Ceyson Blum olacaq. Rejissöru Denis İliadisin olacağı filmin ssenarisini Adam Alek yazacaq.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR