Simsar. az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının Milli Assambleyasının spikeri (Parlament) xanım Marqaret N. Naşa ilə görüşüb. Simsar.az xəbər verir ki, görüş zamanı nazir Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib.
Daha sonra nazir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayaraq, onun dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulanıb.
Azərbaycan Respublikasının Parlamenti haqda geniş məlumat verən nazir Elmar Məmmədyarov, qanunverici qurumun bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələrinin olduğunu bildirmiş və gələcəkdə bu cür əlaqələrin Botsvana Milli Assambleyası ilə də yaradılmasının vacibliyini qeyd edib.
Azərbaycan Parlamenti ilə əlaqələrin inkişafına hazır olduqlarını qeyd edən xanım Marqaret N. Naşa, ilkin addım kimi iki ölkənin qanunverici orqanı arasında məlumat mübadiləsi prosesi və qarşılıqlı səfərlərin təşkilini təklif edib.
Görüşün sonunda xanım Marqaret N. Naşa nazir Elmar Məmmədyarovu parlamentin iclasında fəxri qonaq kimi iştirak etməyə dəvət edib.
Parlamentin iclasında iştirak edən nazir Elmar Məmmədyarov, spiker tərəfindən parlament üzvlərinə təqdim edilmiş və Botsvananın sürətlə inkişaf edən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulanıb.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR