Bizim planetimizdə çoxsaylı gözəl canlılar yaşayırlar. Alimlər artıq uzun müddətdir ki, onlardan hansının ən ağıllı olduğunu araşdırırlar. Simsar.az alimlərin “Dünyanın 10 ən ağıllı heyvanı” hesab etdiyi heyvanların siyahısını və onlar haqqında məlumatı sizə təqdim edir. Ən ağıllı heyvanlar silsiləsindən 8-ci yerin sahibi – GÖYƏRÇİN
8-ci yer: Göyərçin
Göyərçinlərə bir çox şəhərlərdə kütləvi toplaşmış şəkildə rast gəlmək olar. Bir çoxlarımız onları “axmaq”, ayaqaltında dolaşan quşlar hesab edirik. Lakin bir çox elmi sınaqlar göstərir ki, onlar çox ağıllı quşlardır. Məsələn göyərçin gördüyü yüzlərlə görüntüləri illərlə yadında saxlaya bilər. Ən çox yayılmış və tanınan növ çöl göyərçinidir. Çöl göyərçinlərinin vətəni Avropa hesab edilir. Yaponiyanın Keio University universitetinin keçirdiyi sınaqlardan məlum olub ki, çöl göyərçinləri özlərini güzgüdə tanıya bilirlər. İndiyə qədər hesab edilirdi ki, bu bacarıq yalnız insanlara, primatlara, delfinlərə və fillərə xasdır. Sınaq olaraq göyərçinlərə 3 video göstərilir. İlk videoda onlar özlərinə güzgüdə baxırlar. İkinci videoda isə onlar bir neçə saniyə bundan əvvəl etdikləri hərəkətləri görürlər. 3-cü videoda isə onlar bir neçə saat bundan əvvəl etdiklərin görürlər. Onlar öz dimdikləri ilə seçimlərini edirdilər. Sınaqlar onu göstərir ki, göyərçinlər etdikləri hərəkətləri 5-7 saniyə civarında xatırlayırlar. Göyərçinlər müəyyən hərəkət ardıcıllığın öyrənmək qabiliyyətinə malikdilər. Qədim dövrdən bəri bu quşlar yaddaşlarının gücünə görə məktub daşıyan quş kimi istifadə olunurdular. Onlar olduqları ərazini unudmurlar və evə yolu tapa bilirlər.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR