Uzun müddətdir ortalıqda görünməyən rəqqasə Sevda bu günlərdə Türkiyədən qayıdıb
Simsar.az xəbər verir ki, sənətçi qardaş ölkəyə səhhəti ilə bağlı yollandığını bildirib. Belə ki, Sevda orada əməliyyat olunub: “Yaradıcılıq işlərimi Türkiyədə etməyə çalışıram. Buna görə də tez-tez gedib-gəlirəm. Bu dəfə isə səhhətimlə bağlı yollanmışdım. Orada əməliyyat olundum. Bakıya yenicə qayıtmışam. Hazırda özümü yaxşı hiss edirəm. Həkimlər hər şeyin qaydasında olduğunu dedi. Xəstəliyimin nə olduğunu isə açıqlamaq istəmirəm”.
Günel
DİGƏR XƏBƏRLƏR