TQDK II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının düzgün cavablarınmı açıqlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
TQDK-dan Simsar.az-a verilən xəbərə görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib.
Hazırda imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra yaxın günlərdə nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.
İmtahan verən abituriyentlər düzgün cavablarla tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərlər
Azərbaycan bölməsi - II qrup
http://eservices.tqdk.gov.az/exam/a2_2014_etm.htm
Azərbaycan bölməsi - III qrup
http://eservices.tqdk.gov.az/exam/a3_2014_etm.htm
Rus bölməsi - II qrup
http://eservices.tqdk.gov.az/exam/r2_2014_etm.htm
Rus bölməsi - III qrup
http://eservices.tqdk.gov.az/exam/r3_2014_etm.htm
DİGƏR XƏBƏRLƏR