Ermənistan Müdafiə Nazirliyinin müqavilə əsasında xidmət edən 25 yaşlı hərbçisi ürək nahiyəsindən bıçaqlanıb. Məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, hadisə Ermənistanın Armavir vilayətinin Şaumyan kəndində baş verib. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(report)
DİGƏR XƏBƏRLƏR