Gözəl görünmək üçün zövqlü geyim qədər səliqəli saçlar da xüsusi əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də görünüşündə hər hansı bir dəyişiklik etmək arzusunda olanlar işə məhz saçlardan başlayırlar. Saçları boyamaq ən əlverişli dəyişim metodudur. Ancaq düzgün seçilməyən boya bir çox hallarda xəstəliklər üçün dəvətnamə hazırlayır. Dəri problemləri, saç tökülməsi və ən qorxulusu isə xərçəng xəstəliyi saç boyalarından istifadə zamanı meydana gəlir. Lakin bu problemin də artıq həlli var. Belə ki, dünyada məşhur olan “Napura” saç boyası və saça qulluq vasitələri artıq Azərbaycandadır. Saç boyasından istifadə edənlərin bütün narahatlıqlarına son qoyacaq “Napura” məhsulları tamamilə ziyansız olmaqla bərabər, həm də qidalandırıcı təsirə malikdir. Ən əsası ona görə ki, şirkətin Azərbaycandakı rəsmi distribütoru olan “Love Moon”-un rəhbəri Sevda Vəndamlı sözügedən məhsulların təbiiliyinə tam zəmanət verir. S.Vəndamlı bu barədə bu gün “Avropa” otelində təşkil edilən “Napura” məhsullarının təqdimat mərasimində məlumat verib. Onun sözlərinə görə, məhsulla ilk dəfə beynəlxalq sərgilərdən birində tanış olub: “Tam təbii olan “Napura” saç boyası və saça qulluq vasitələrinin üstünlükləri barədə eşidəndə öz-özümə sual verdim ki, “nə üçün Azərbaycan qadınları bundan məhrum olmalıdırlar?” Və həmin məhsulu ölkəmizə gətirmək qərarına gəldim. Bilirsiniz ki, gözəl görünmək xatirinə əl atdığımız vasitələrdən olan boyama əslində saçlara xeyli dərəcədə ziyan vurur. Eyni zamanda adi saç boyalarının tərkibində saç və baş dərisi üçün zərərli olan 22 elementin olması dünya həkimləri tərəfindən artıq sübuta yetirilib. “Napura” məhsulları isə saça heç bir ziyan vurmadan onun 7 tona qədər açılmasını təmin edir. Bununla yanaşı qidalandırıcı təsirə də malikdir. Gözəlliyimizlə yanaşı sağlamlığımızın da qeydinə qalmalıyıq. Saçlarının qeydinə qalanlar yalnız boyama deyil, həmçinin saç tökülməsi zamanı hər mərhələyə uyğun olaraq “Napura” şirkətinin T0-T5/6 Post məhsullarından, və sönük saçların canlılığını bərpa etmək üçün xüsusi maska və şampunlardan da yararlana bilərlər”.
İtaliya istehsalı olan “Napura”nın təqdimat mərasimi eyni zamanda seminar şəklində təşkil edilib. Belə ki, ölkəmizə qonaq gələn, şirkətin məşhur stilisti Noel Rahmanov yerli saç ustaları ilə öz təcrübələrini bölüşüb. Saçların adi vasitələrlə boyandığı, fenlərdən və saçı formaya salan vasitələrdən istifadəsi zamanı necə yararsız vəziyyətə düşməsi, saç kəsiminin də onun şux görünməsi üçün əvəzsiz rol oynaması barədə məlumat verən N. Rahmanov, bunu seminar iştirakçılarına əyani şəkildə nümayiş etdirib. Təqdim etdiyi məhsullarla seminar zamanı boyamanı yerinə yetirərkən saç dərisinin boyanmadan əvvəl və sonrakı vəziyyətini də diaqnostika vasitəsilə iştirakçılara göstərib. Və sözügedən məhsullar diaqnostik sınaqdan uğurla keçməyə müvəffəq olub. Stilistin sözlərinə görə, bu keyfiyyətlərə malik olan məhsulların bizim ölkəmizdə analoqu yoxdur. “Başa düşürəm ki, hər bir xanım gözəl görünmək arzusundadır. Bunun üçün müxtəlif saç boyalarından və ya saça xeyli miqdarda zərər verən vasitələrdən istifadə edirsiniz. Gözəl görünməyin zərərsiz üsulları da var. Boyadan istifadə zamanı siz saçaçıcıdan istifadə etmək məcburiyyətində qalırsınız. Bir neçə dəfə istifadədən sonra isə saçlar məhv olur. “Napura” məhsullarının tərkibindəki Omeqa-9, pantenol, A, PP vitamin və mineral kompleksi isə saçlarınızın qeydinə qalaraq hətta 7 ton açılma zamanı da heç bir mənfi təsir göstərmir. Boyanı yuduqdan sonra “ Napura” şampunları ilə saçlarınızı durulamaqla onlara əlavə həcm və parlaqlıq qatmış olacaqsız. Ən əsası isə boyalar tam iysiz və anti-allergikdir. Bu da istifadə zamanı hər iki şəxsin-həm saç boyayan, həm də boyadanın narahatlığını aradan qaldırır”.
Yəqin ki, bu cür keyfiyyətli məhsulun qiymətinin büdcənizə uyğun olmaması barədə düşünürsünüz. Ancaq yanılırsınız. “Napura” saç boyalarının keyfiyyəti ilə yanaşı qiyməti də xanımları və saç ustalarını məmnun edəcək. Qiyməti 27 AZN olan məhsuldan 3 dəfə istifadə etmək mümkündür.
Sonda onu da qeyd edək ki, Sevda Vəndamlının təşkilatçılığı, məşhur italiyan stilist Noel Rahmanovun iştirakı ilə keçirilən seminar 3 gün davam edəcək.
Simsar.az
DİGƏR XƏBƏRLƏR