İndoneziyada 7 bal gücündə zəlzələ olub. "Sputnik"-in verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Araşdırmalar mərkəzi məlumat yayıb. İndoneziyanın Sumatra adasının cənub-qərbində qeydə alınan zəlzələnin dərinliyi 59 kilometrdir. İndoneziya Geofizika Agentliyi sunami xəbərdarlığı edib.(apa)
DİGƏR XƏBƏRLƏR