Simsar.az xəbər verir ki. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova yoxlama ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb: “Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.
Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.
DİGƏR XƏBƏRLƏR