Bu gün “Avro-2016”nın seçmə mərhələsində 4-cü turun görüşlərinə start veriləcək. Simsar.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
“D” qrupunun liderləri Polşa və İrlandiya bu tur səfərdə mübarizə aparacaq. Polşa Gürcüstanın, İrlandiya isə Şotlandiyanın qonağı olacaq. Almaniya millisi isə Cəbəllütariqi sınağa çəkəcək.
D qrupu
21:00. Gürcüstan – Polşa
23:45. Almaniya – Cəbəllütariq
23:45. Şotlandiya – İrlandiya
Gecənin ən maraqlı oyunlarından biri Rumıniyada baş tutacaq. Burada yerli komanda Şimali İrlandiya millisini qəbul edəcək. 3 oyundan sonra maksimum nəticə ilə zirvədə qərarlaşan Britaniya təmsilçisi rumınlarla matçda da uğurlu nəticəyə ümid edir.
F qrupu
23:45. Yunanıstan – Farer adaları
23:45. Macarıstan – Finlandiya
23:45. Rumıniya – Şimali İrlandiya
“I” qrupunda isə iki qarşılaşma keçiriləcək. Serbiya qrupun lideri Danimarkanı qonaq edəcək. Portuqaliya isə Ermənistanı sınağa çəkəcək.
İ qrupu
23:45. Serbiya – Danimarka
23:45. Portuqaliya – Ermənistan
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR