Bir neçə gün öncə təhsil nazirinin müavini Ceyhun Bayramov “2014-2015-ci il tədris ilinin əvvəlində məktəbə qəbul olunan uşaqların 10 faizinin yəni, 15 min şagirdin məktəbə 1 il gec gəldiyini açıqlamışdı. Nazir müavini həmin şagirdlərin artıq 7 yaşı tamam olduğunu bildirmişdi. O, bu problemin kifayət qədər ciddi olduğunu və məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanlarının məhdud olduğunu da demişdi.
Respublikanın əməkdar müəllimi Asif Cahangirovun firkincə, uşaqların məktəbdən yayınmasının, gec getməsinin bəzi hallarda onların səhhətində olan problemlərin, valideynlərinin maddi imkansızlığının, bir qisim valideynlərin isə 6 yaşı tamam olmuş övladının məktəbə qoyulmasının vacibliyini dərk etmədiyindən irəli gəldiyini deyib.
İCBARİ TƏHSIL HAQQINDA QANUN QƏBUL OLUNMALIDIR
A.Cahangirovun sözlərinə görə, SSRİ dövründə icbari təhsil haqqında qanun olub və həmin illərdə 6 və 7 yaşı tamam olan uşaqların siyahısı hər bir məktəbdə saxlanılırdı. Bütün ərazilər ən son mənzilə qədər məktəblər arasında dəqiq bölünürdü: “Eyni zamanada 6 yaşı tamam olmuş uşaqlaraın siyahısı dəqiq müəyyənləşdirilirdi. Belə uşaqların məktəbə cəlb olunması dövlət qurumları, icra qurumları tərəfindən ciddi nəzarətə götürülürdü. Ona görə də SSRİ dövründə məktəbə vaxtında gəlməyən şagirdlərin sayı çox az olurdu”. Mütəxəssis bildirib ki, məktəbin diqqətindən yayınan uşağın valideyni ilə də ciddi söhbət aparılırdı, məktəb direktoru isə məsuliyyətə cəlb olunurdu”.
MƏSƏLƏNİN HƏLLI MEXANIZMLƏRİ NECƏ TAPILMALI?
Ekspertin fikrincə, problem qaldırılmaqla yanaşı, onun həlli məsələləri də düşünülməlidir. Bu mexanizmləri düzgün sistemləşdirmək üçün SSRİ dövründə olduğu kimi “İcbari təhsil” haqqında qanunun icrası üçün tədbirlər görülməlidir. Bu qanunun mahiyyəti təhsilin məcburi olduğunu valideynlərə çatdırır. Təhsildən yayınan, eləcə də məktəbə gec qoyulan şagirdlər nəzarətə götürülür və ciddi tədbirlər görülürdü. Daimi olaraq bu məsələlər müzakirə olunurdu. Uğursuz ailədən olan uşaqlar valideynlrəindən alınaraq internat məktəblərinə göndərilirdi.
Mütəxəssis onu da deyib ki, “İcbari təhsil” haqqında qanun qüvvədə olsaydı uşağın hansı səbəbdən dərsdən yayınması direktora məlum olurdu. Onun sözlərinə görə, valideynin səhlənkarlığı ucbatından uşaq təhsilə cəlb olunmursa o mütləq məsuliyyətə cəlb olunmalıdır: “Bu qanun qüvvədə olsaydı, təhsildən yayınan uşağın yaşadığı əraziyə uyğun olaraq, oxuduğu məktəb də məsuliyyətə cəlb olunardı”.
QEYDİYYAT MƏSƏLƏSİNDƏ ORTAYA ÇIXAN ÇƏTİNLİKLƏR...
Bəzən ailə yaşadığı yerdə deyil, ölkənin başqa bir bölgəsində qeydiyyatda olur. Belə olan hallarda paytaxt məktəbləri bir sıra problemlər yaradır. A. Cahangirov hesab edir ki, bu problemin aradan qaldırılması üçün ciddi addımlar atılmalıdır: “Bu işdə icra hakimiyyətlərinin üzərinə böyük məəsuliyyət düşür. Yəni tərəflər belə məsələlərdə məəsuliyyətlərini dərk etməlidirlər”.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR