Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvarın 8-də gözlənilən görüşünü təsdiqləyib. Bu barədə “RİA Novosti” RF Prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskova istinadla xəbər verib.
Bildirilir ki, görüşün İstanbulda keçiriləcəyi ehtimal edilir. Açıqlamada o da vurğulanır ki, səfərdə əsas mövzu “Türk axını”nın açılışı olacaq. “Bu vacib beynəlxalq layihənin Türkiyə ilə əlaqədar ərazisinin yerüstü hissəsi məhz həmin tarixdə başa çatacaq”, - deyə Peskov əlavə edib.
DİGƏR XƏBƏRLƏR